"Qəbələ" "Səbail"lə oyuna itkilərlə çıxacaq

  • 5 May 2024, 21:20

“Qəbələ” Misli Premyer Liqasının 33-cü turunun “Səbail”lə səfər oyununun hazırlıq prosesini başa vurub. 

Sportlife.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 26 yaşlı hücumçu Ülvi İsgəndərov hazırlığa qatılmayıb. 28 yaşlı müdafiəçi Lukas Afriko və 29 yaşlı müdafiəçi Murad Musayev isə fərdi məşqlə kifayətləniblər.

Qeyd edək ki, mayın 6-da “ASCO Arena”da keçiriləcək “Səbail” - “Qəbələ” qarşılaşması saat 19:00-da başlayacaq.


Paylaş: