"Sabah" "Araz-Naxçıvan"a qalib gəldi, "Zirə" 2-ci pillədə - YENİLƏNİB

  • 5 May 2024, 20:58

Misli Premyer Liqasında 33-cü turun oyunları davam edir.

Sportlife.az xəbər verir ki, bu gün 2 matç keçirilib. "Zirə" "Turan Tovuz"un qonağı olub.

Oyun "Zirə"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Paytaxt klubunun əsas rəqibləri "Neftçi" və "Sumqayıt" ötən gün xal itirdiyindən komanda bu qələbə ilə yenidən 2-ci pilləni ələ keçirib. 

Günün digər qarşılaşmasında "Araz-Naxçıvan" "Sabah"ı qəbul edib. Bu oyunda "Sabah" baxımlı qolla qalib gəlib - 1:0. Nəticədə Bakı təmsilçisi "Neftçi" və "Sumqayıt"ı geridə qoyaraq 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, tura sabah keçiriləcək 1 oyunla yekun vurulacaq.

5 may

Misli Premyer Liqası, 33-cü tur

19:00. “Araz Naxçıvan” – “Sabah” - 0:1

Qol: Ayaz Quliyev, 2 (0:1)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rahil Ramazanov, Rəşad Əhmədov
Liv Bonadea Arena

16:30. “Turan Tovuz” – “Zirə” - 1:2 

Qol: Salifu Suma, 14 (0:1), Fərid Nəbiyev, 52 (1:1), Sezar Meza Kolli, 70 (1:2) 

Qırmızı vərəqə: Roderik Miller, 90+9 ("Turan Tovuz")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Tovuz şəhər stadionu

6 may

19:00. “Səbail” – “Qəbələ"
Hakimlər:
 Əli Əliyev, Cəmil Quliyev, Eyyub İbrahimov, Rəvan Həmzəzadə

ASCO Arena

4 may

“Qarabağ” – “Neftçi” - 5:0 

“Kəpəz” – “Sumqayıt” - 1:1 


Paylaş: