"Boston" "Mayami" səddini aşdı
“Boston” NBA-in pley-off mərhələsinin ilk raundunun beşinci oyununda “Mayami”ni məğlub edib – 118:84.
Sportlife.az xəbər verir ki, "Seltiks" seriyanı 4-1 hesabı ilə qazanıb.
Boston komandasının basketbolçuları Derrik Uayt və Ceylen Braun hərəyə 25 xal toplayaraq görüşün ən məhsuldar oyunçuları olublar.
İkinci turda "Boston" "Klivlend" - "Orlando" seriyasının qalibi ilə oynayacaq (3:2).
NBA
Pley-off
İlk raund
Beşinci matç
“Boston” – “Mayami” — 118:84 (41:23, 27:23, 30:20, 20:18)
Seriyanın hesabı: 4-1.