NBA-də darmadağın
"Dallas" NBA pley-off mərhələsinin ilk raundunun 5-ci oyununda "Klippers"i 123:93 hesabı ilə darmadağın edib.
Sportlife.az xəbər verir ki, "Maveriks" seriyada 3-2 önə keçib.
Görüşün ən məhsuldar oyunçusu “Dallas”ın basketbolçusu Luka Donçiç olub: 35 xal və 10 məhsuldar ötürmə.
Seriyanın altıncı qarşılaşması mayın 4-də baş tutacaq.
NBA
Pley-off
İlk raund
Beşinci matç
"Klippers" — "Dallas" — 93:123 (24:25, 22:31, 23:33, 24:34)
Seriya hesabı: 2-3.