"Real" "Dördlər finalı"nda
“Real Madrid” Avroliqanın 1/4 final mərhələsinin üçüncü oyununda səfərdə “Baskoniya”nı məğlub edib – 102:98.
Sportlife.az xəbər verir ki, matçın ən məhsuldar oyunçusu 29 xal toplayan meydan sahiblərinin müdafiəçisi Markus Hovard olub.
"Real" seriyada 3-cü qələbəsini qazanıb (3:0) və "Dördlər finalı"nın ilk iştirakçısı olub.
Avroliqa
1/4 final
Üçüncü matçlar
“Baskoniya” (İspaniya) — “Real” (İspaniya) — 98:102 (22:22, 34:30, 17:20, 25:30)
Seriya hesabı: 0-3
"Fənərbağça" (Türkiyə) — "Monako" (Fransa) — 89:78 (19:21, 28:19, 22:18, 20:20)
Seriyanın hesabı: 2-1