UEFA həftənin qolunu seçir
UEFA-nın mətbuat xidməti Çempionlar Liqasında həftənin ən yaxşı qolunun müəllifi adına səsvermənin başladığını açıqlayıb.
Sportlife.az xəbər verir ki, aprelin 30-da və mayın 1-də yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Namizədlər arasında Niklas Füllkruq ("Borussiya"), Leroy Sane ("Bavariya") və Vinisius Juniorun ("Real Madrid") vurduğu qollar var.
Həftənin ən yaxşı qolu UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyən ediləcək.