Məşhur döyüşçünün UFC arzusu
MMA döyüşçüsü Jalqas Jumaqulov UFC ilə danışıqlar apardığını bildirib.
Sportlife.az xəbər verir ki, qazaxıstanlı idmançı avqustda döyüşə hazırlaşdığını qeyd edib.
“Zədədən demək olar ki, sağalmışam. Tezliklə ABŞ-yə uçacağam və orada olacağam. Avqustda döyüşmək istəyirəm. Sayatla (Abdrahmanov, döyüşçünün meneceri - red.) danışdıq. Mən UFC ilə danışıqlar aparıram" deyə Jalqas "Legalbet"ə açıqlamasında bildirib.
Jumaqulov 2020-ci ilin iyulundan 2023-cü ilin iyununa qədər UFC-də yarışıb.