"Araz-Naxçıvan"ın rəqibindən sürpriz transfer

  • Dünən, 12:53

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"la qarşılaşacaq Yunanıstanın "Aris" komandası yeni transferini açıqlayıb.

Sportlife.az xəbər verir ki, Saloniki təmsilçisi Türkiyənin “Ankaragücü” klubundan Olimpiu Morutsanı heyətinə qatıb.

26 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Olimpiu Morutsan ötən mövsümü icarə əsasında İtaliyanın “Pitsa” klubunda keçirib. O, 2021-2023-cü illərdə “Qalatasaray”ın şərəfini qoruyub.


Paylaş: