Holand rekord təkrarladı

  • 5 May 2024, 14:58

"Mançester Siti"nin hücumçusu Erlinq Holand Premyer Liqanın 36-cı turunda "Vulverhempton"un qapısından 3 top keçirib.

Sportlife.az xəbər verir ki, norveçli forvard 5-1 hesabı ilə bitən oyunun ilk hissəsində het-trikə imza atıb.

Bu, hücumçunun ikinci anoloji het-trikidir.

Holand bununla "Mançester Yunayted"in sabiq forvardları Endryu Koulla Maykl Ouenin rekordunu təkrarlayıb.

Qeyd edək ki, cari mövsümdə 24 qol vuran Holand Premyer Liqanın bombardiridir. 


Paylaş: