Kloppdan Salah açıqlaması

  • 3 May 2024, 23:12

"Liverpul"un baş məşqçisi Yurgen Klopp misirli hücumçu Məhəmməd Salahın gələn mövsüm bu klubda çıxış edib-etməyəcəyi sualını cavablandırıb.

Sportlife.az xəbər verir ki, mütəxəssis “Bu, artıq mənim müzakirə mövzum deyil. Düşünmürəm ki, bu barədə danışmalıyam, başqaları qərar verəcək, xüsusən də Mo. Bu qərarları başqa insanlar verəcək”, – deyə Klopp məşhur jurnalist Ceyms Pirsə açıqlamasında deyib.

31 yaşlı Salah 2017-ci ildən "qırmızılar"da çıxış edir. Ümumilikdə, hücumçu klub üçün bütün yarışlarda 346 matçda iştirak edib, 210 qol vurub və 88 məhsuldar ötürmə verib. Forvardın "Liverpul"la hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.


Paylaş: