La Liqa oyunundan sonra insident

  • 17 Fevral 2025, 15:11

İspaniya çempionatının 24-cü turunun “Valensiya” ilə oyunundan (1:1) sonra “Vilyarreal”ın iki əlil azarkeşi naməlum şəxslərin hücumuna məruz qalıb.

Sportlife.az xəbər verir ki, qara geyimli bir neçə şəxs fanatarı döyüblər. Cinayətkarlar köməyə gələn digər tərəfdarları görüb qaçıblar. Hadisə yerinə polis və həkimlər gəldikdən sonra zərərçəkənlər xəstəxanaya aparılıb.

Azarkeşlərdən biri çənə nahiyəsindən güclü zərbə alıb ki, bu da güclü qanaxmaya səbəb olub. Digəri isə panik atak keçirib.


Paylaş: