
Mançini "Roma"nı çalışdıracaq?
İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançini yenidən A Seriyasında çalışa bilər.
Sportlife.az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis "Roma"nın yeni baş məşqçisi olacaq. O, bu gün yollar ayrılan İvan Yuriçi əvəz edəcək.
Mançini son olaraq Səudiyyə Ərəbistan millisini çalışdırıb. O, ötən günlərdə ordakı vəzifəsindən ayrılmışdı.