"Qarabağ"ın sabiq qapıçısı "Lester"ə keçir

  • Dünən, 17:49

"Qarabağ"ın keçmiş qapıçısı Asmir Beqoviç karyerasını "Lester"də davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, tərəflər arasında danışıqlar davam edir.

38 yaşlı bosniyalı 2019/20 mövsümündə icarə əsasında "Qarabağ"ın qapısını qoruyub.

O, həmçinin "Çelsi", "Milan", "Everton" kimi komandalarda da çıxış edib.

Qeyd edək ki, Beqoviç 2009-2020-ci illərdə Bosniya və Herseqovina millisində 63 oyun keçirib.


Paylaş: