"Qrizmann istədiyi qədər bu klubda oynaya bilər"

  • 5 May 2024, 20:11

Mövsümün sonunda bəzi ulduzlarla vidalaşacaq "Atletiko" Antuan Qrizmannla yola davam etməyi planlaşdırır.

Sportlife.az xəbər verir ki, klub rəhbərliyi fransalı futbolçuya daha doğma münasibət bəsləyir.

AS nəşrinin yaydığı məlumata görə, madridlilər onunla müqaviləni yeniləmək üçün danışıqlara başlayıblar.

Klub rəsmiləri bununla bağlı suala "Qrizmann istədiyi qədər bu klubda oynaya bilər" cavabını veriblər.

Onun hazırkı müqaviləsi 2026-cı ilədək nəzərdə tutulub.

Qeyd edək ki, bu mövsüm 44 oyuna çıxan 33 yaşlı futbolçu 21 qol və 8 asist müəllifidir. 


Paylaş: