
Qvardiola "Liverpul"u təbrik etdi
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola "Liverpul"u çempionluq münasibətilə təbrik edib.
Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis Mersisayd təmsilçisinin çempionluğunu şərh edərkən bunları deyib:
"Özüm və bütün klub adından "Liverpul"u Premyer Liqanın qalibi olması münasibətilə təbrik edirəm. Onlar çempionluğa layiq idilər, buna heç bir şübhə yoxdur. Ümid edirəm ki, növbəti mövsüm daha yaxşı çıxış edib, sona qədər qələbə üçün mübarizə apara bilərik. Hələlik isə “Liverpul”u təbrik edirəm”.