Almaniyanın ən yaxşıları
Almaniya Bundesliqası cari mövsümün rəmzi komandasını açıqlayıb.
Sportlife.az qurumun saytına istinadən xəbər verir ki, heyət azarkeşlər, klub nümayəndələri və ekspertlər tərəfindən səsvermə yolu ilə müəyyən edilib. Rəmzi komandada "Bayer"in altı futbolçusu yer alıb.