Ayın oyuçusu o oldu

  • 4 May 2024, 10:54

Betis"in yarımmüdafiəçisi İsko La Liqada ayın oyunçusu seçilib.

Sportlife.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. O, Mmkafat uğrunda mübarizədə “Real”dan Vinisius Junior, “Selta”dan Yaqo Aspas, “Sevilya”dan Yusef En-Neseri və “Jirona”dan Savionu qabaqlayıb.

2023/24 mövsümündə İsko La Liqada 27 oyuna çıxıb, 7 qol vurub və 4 qolun ötürməsini verib. Apreldə yarımmüdafiəçi 1 qol ötürməsinin müəllifi olub.

 


Paylaş: