
"Zirə" sifariş ərizəsini UEFA-ya göndərdi
“Zirə” UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində Xorvatiyanın “Hayduk” klubuna qarşı keçiriləcək oyunlar üçün iştirak ərizəsini açıqlayıb.
Sportlife.az xəbər verir ki, Bakı təmsilçisi 21 futbolçu sifariş edib.
Qeyd edək ki, oyunlar iyulun 23-ü və 31-də olacaq.