Bakı klubunda 5 illik müqavilə

  • 15 Aprel 2025, 11:54

Futbol üzrə I Liqada çıxış edən "Baku Sporting" baş məşqçi postunda dəyişiklik etməyib.

Sportlife.az xəbər verir ki, paytaxt təmsilçisi Elman Sultanovla uzunmüddətli müqavilə imzalayıb. 

Onun köməkçiləri də qarşıdakı mövsümlərdə paytaxt klubunda işləyəcəklər. Anlaşmanın müddəti 2030-cu ilin mayına qədər nəzərdə tutulub.

"Baku Sportinq" I Liqada 21 turdan sonra 26 xalla 5-ci pillədə qərarlaşıb.


Paylaş: