Millimiz məğlubiyyətlə başladı

  • 14 Aprel 2025, 17:38

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığması UEFA İnkişaf Turnirində ilk oyununu keçirib.

Sportlife.az xəbər verir ki, Moldovanın paytaxtı Kişineuda təşkil olunan turnirdə ev sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız minimal hesabla uduzub - 1:0.

Qarşılaşma “Zimbru” stadionunda oynanılıb.

Qeyd edək ki, millimiz İnkişaf Turnirində növbəti matçlarını aprelin 16-da Gürcüstana, 19-da isə Estoniyaya qarşı keçirəcək. Görüşlər Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.


Paylaş: