Elvin Camalovdan "Sabah"dakı sabahı ilə bağlı AÇIQLAMA
Azərbaycan millisinin və “Sabah”ın futbolçusu Elvin Camalov klubdakı gələcəyi ilə bağlı danışıb.
Sportlife.az-a açıqlamasında Camalov komandada xoşbəxt olduğunu bildirib.
“Burada olmaqdan şadam. “Sabah”da özümü xoşbəxt hiss edirəm. İnanıram ki, qarşıdakı matçlarda da istədiyimiz nəticələri qazanaraq hədəflərimizə çatacağıq” – deyə yarımmüdafiəçi bildirib.
Qeyd edək ki, Elvin Camalovun müqaviləsinin müddəti bu ilin may ayında bitir.