Azərbaycan Kuboku: "Qarabağ" və "Zirə" finalda - YENİLƏNİB

  • 24 Aprel 2024, 21:58

Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab oyunları keçirilib.

Sportlife.az xəbər verir ki, günün ilk oyununda kubokun sonuncu qalibi “Qəbələ” “Zirə”ni qəbul edib. Bu komandaların birinci görüşündə “Zirə” 2:1 hesabı ilə qələbə qazanıb. Cavab oyununda da "Zirə" qalib gələrək (2:0) tarixində 2-ci dəfə Azərbaycan kubokunun finalına vəsiqə qazanıb.

“Zirə”nin finaldakı rəqibi “Qarabağ” olub. Ağdam təmsilçisi "Neftçi” ilə üz-üzə gəlib. İlk görüşdə səfərdə rəqibini böyük hesabla (4:0) məğlubiyyətə uğradan Qurban Qurbanovun komandası cavab matçında da rəqibə ağır məğlubiyyət yaşadıb - 4:1. Beləliklə, "Qarabağ" iki oyunun cəmində 8:1 hesabı ilə qalib gəlib.

 

Final matçı iyunun 2-də keçiriləcək. Bu, “Qarabağ”la “Zirə”nin öz aralarındakı ikinci final qarşılaşması olacaq. İlk finalda Ağdam təmsilçisi qələbə qazanıb (1:1, penaltilər seriyasında 4:3).

Azərbaycan kuboku, 1/2 final
Təkrar oyunlar

20:00. “Qarabağ” - “Neftçi” - 4:1

Qol: Juninyo, 16 (1:0), Qara Qarayev, 61-avtoqol (2:0), Ruslan Mirzov, 63 (2:1), Juninyo, 69 (3:1), Nəriman Axundzadə, 78 (4:1)
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun 4:0

17:00. “Qəbələ” - “Zirə” - 0:2 

Qol: Vladislav Kulaç, 59, Rafael Utziq, 84
Qəbələ şəhər stadionu
İlk oyun 1:2


Paylaş: