"Benfika" - "Barselona" matçının ən yaxşısı

  • 6 Mart 2025, 17:12

"Barselona"nın yarımmüdafiəçisi Pedri Çempionlar Liqasının 1/8 finalının "Benfika" ilə ilk oyununda (1:0) ən yaxşı oyunçu seçilib.

Sportlife.az xəbər verir ki, UEFA-nın texniki müşahidəçiləri gənc futbolçunun çıxışını yüksək qiymətləndiriblər.

O, oyun ərzində topu özündə yaxşı saxlayıb, komanda yoldaşlarını dəqiq ötürmələrlə təmin edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu martın 11-də İspaniyada keçiriləcək..


Paylaş: