Adıgözəlovun kölgəsi

  • Bu gün, 18:11

Rəhim Həsənovu Hakimlər Komitəsinə kimin sədr gətirdiyini bilirsiniz? "Sabah"ın prezidenti Maqsud Adıgözəlov...

Baş katib Cahangir Fərəcullayev İcraiyyə Komitəsinin iclası zamanı namizədləri komitəyə təqdim etmək istəsə də, Maqsud Adıgözəlov öz seçimlərini etdiklərini bildirərək Rəhim Həsənovu İcraiyyə Komitəsinin üzvlərinə təqdim etmiş və onların qərarlarına təsir edə bilmişdi. Bəli, bu qədər absurd!

İndi biz nədən danışırıq? Çempionluq uğrunda mübarizə aparan "Sabah"ın ən yaxın rəqibi "Qarabağ"dırsa, Rəhim Həsənovun sədri olduğu hakimlərdən necə şəffaflıq gözləyə bilərik?

Məlum yüzfaizlik penaltiyə min cür don geyindirilirsə, "Qarabağ"ın bilərəkdən çempionluqdan edilməsinə necə şübhə etməyək?

Maqsud Adıgözəlov Qurban Qurbanovu qələbələrinə kölgə salmaqda ittiham etmişdi. Sizcə indi baş verənlər onların ölkə çempionu olmalarına kölgə salmayacaq?

Bəlkə də Adıgözəlov öz mövqeyindən etdiklərini görə bilmir. Ancaq biz tərəfdən hər şey aşkar görünür. 

Mirələm HƏSƏNLİ 


Paylaş: