Lautaro zədəli halda oynayıb

  • Dünən, 12:51

"İnter"in hücumçusu Lautaro Martines yarımfinalın cavab oyununda "Barselona" üzərində 4:3 hesablı qələbədən sonra fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, argentinalı forvard özünü çox xoşbəxt hiss etdiyini, komandadan və görülən işdən razı olduğunu bildirib:

"Bütün komanda yoldaşlarımla fəxr edirəm. Oynamağa hazır deyildim. Ayağımda agrılar var. Sağalması üçün zaman lazımdır. Çox istedadlı, inanılmaz oyunçulara malik rəqiblə qarşılaşdıq. Bizim xarakterimiz və öz oyun tərzimiz var. Komandamla qürur duyuram".


Paylaş: