Martines "İnter"in futbolçusuna tüpürüb

  • Dünən, 10:54

"İnter" - "Barselona" oyunundan efirə getməyən bəzi fraqmentlər sosial şəbəkədə yayılmağa başlayıb.

Sportlife.az xəbər verir ki, ilk hissədə baş hakim Şimon Marçinyak Hakan Çalhanoğlunun qolundan əvvəl VAR təkrarlarına baxarkən, "Barsa"nın müdafiəçisi İniqo Martines rəqibin müdafiəçisi Françesko Acerbiyə tüpürüb. Bu an hakimlərin nəzərindən yayınıb.

Bunun "İnter" və "Barselona"nın oyunçuları arasında hətta davaya səbəb olduğu güman edilir.


Paylaş: