Medvedev üzr istədi

  • 25 Aprel 2024, 18:24

Rusiyalı tennisçi Daniil Medvedev Monte Karloda keçirilən turnirdə emosional davranışına münasibət bildirib.

Sportlife.az xəbər verir ki, “Masters”də rusiyalı idmançı hakimlərlə dəfələrlə mübahisə edib. Xüsusilə, o, erməni Karen Xaçanov və fransalı Qael Monfilsə qarşı görüşlərdə hakimlərin qərarlarından narazı qalıb.

“Səhvlər olur. Mən meydanda səhvlər edirəm və indi burada sakit oturub onları etiraf edirəm. Mən futbolu sevirəm və hər matçda bəzi səhvlər olur, tennisdə də eyni şeyi görürük. Ancaq bu anda emosiyaları idarə etmək çox çətin ola bilər, ona görə də baş verənlərə peşman deyiləm. Mən özümü belə apardım və bu cür reaksiya verdiyim üçün üzr istəyirəm”, - deyə Medvedev "Tennis World USA"ə danışıb.

28 yaşlı Medvedev 1 Böyük Dəbilqə turnirinin (US Open 2021) qalibi, həmçinin 20 ATP təkli turnirinin çempionudur. O, hazırda dünya reytinqində dördüncü yerdədir.


Paylaş: