Fabreqas Bundesliqada işləyə bilər

  • 6 May 2025, 18:54

"Komo"nun baş məşqçisi Sesk Fabreqas "Leypsiq"ə rəhbərlik edə bilər.

Sportlife.az xəbər verir ki, Almaniya klubunun rəhbərliyi 38 yaşlı mütəxəssisə təklif göndərməyi düşünür. Namizədlər siyahısında “Kristal Pelas”a rəhbərlik edən Oliver Qlasner də var.

Hazırda "Leypsiq"ə Şolt Lou rəhbərlik edir. Komanda mövsümün bitməsinə 2 tur qalmış 50 xalla Bundesliqada 6-cıdır.


Paylaş: