ÇL: Həftənin oyunçusu adına 4 namizəd
UEFA Çempionlar Liqasında 1/4 finalın ilk oyunlarından sonra həftənin oyunçusu adına namizədlər açıqlanıb.
Sportlife.az xəbər verir ki, mükafata PSJ-dən Xviça Kvaratsxeliya, "Bavariya"dan Manuel Noyer, "Arsenal"dan David Raya və "Atletiko"dan Xulian Alvares iddia edir.
Xviça "Liverpul"a (2:0), Alvares "Barselona"ya (2:1) qol vurub, Raya "Sportinq"lə qarşı görüşdə (1:0) qapısını toxunulmaz saxlayıb, Noyer isə "Real"la matçda (2:1) 9 seyv edib.