"Lester"in etirazı rədd edildi
İngiltərənin "Lester" klubunun maliyyə pozuntularına görə Çempionşipdə hesabından 6 xalın silinməsi ilə bağlı qərardan verdiyi şikayət təmin edilməyib.
Sportlife.az BBC-yə istinadən xəbər verir ki, daha əvvəl futbol liqası 2023/2024 mövsümü ilə yekunlaşan 3 illik dövr ərzində icazə verilən maksimum zərər həddini aşdığına və maliyyə hesabatlarını gecikdirdiyinə görə klubun 6 xalını silib.
"Lester" "maliyyə feyr-pley"i qaydalarını pozduğuna görə tətbiq edilən bu cəzanın çox ağır olduğunu hesab edərək apellyasiya şikayəti verib. Lakin İngiltərə Premyer Liqası buna cavab olaraq qarşılıqlı iddia qaldıraraq mövcud hökmün çox yumşaq olduğunu bildirib. Nəticədə müstəqil komissiya klubun 6 xalının silinməsi barədə qərarı qüvvədə saxlayıb.
Qeyd edək ki, 2025/2026 mövsümündə keçirdiyi 41 oyundan sonra 41 xalı olan "Lester" Çempionşipdə 22-ci yerdə qərarlaşıb.