Salah Parisdə niyə ehtiyatda qaldı?

  • Bu gün, 10:49

"Liverpul"un baş məşqçisi Arne Slot Çempionlar Liqasının 1/4 finalının PSJ ilə ilk oyununda Məhəmməd Salahı ehtiyat oyunçular skamyasında saxlamasının səbəbini izah edib.

Sportlife.az xəbər verir ki, niderlandlı mütəxəssis qərarını belə əsaslandırıb:

"Düşünürəm ki, matçın sonunda qol vurmaqdan daha çox sağ qalmaq vacib idi. 20-25 dəqiqə ərzində biz sadəcə müdafiə olunurduq. Salahın güclü tərəfləri çoxdur, amma əgər o, öz cərimə meydançasında 20-25 dəqiqə müdafiə olunacaqsa, enerjisini qarşıdakı oyunlar üçün saxlamağı daha yaxşıdır".

Qeyd edək ki, "Liverpul" Parisdəki matçda qapıya bir dənə də olsun zərbə vurmadan 0:2 hesabı ilə uduzub.


Paylaş: