"Norris Şanxayda əsl ulduz idi"

  • 25 Aprel 2024, 19:19

Keçmiş Formula 1 sürücüsü Colyon Palmer deyib ki, "McLaren" sürücüsü Lando Norrisin Çin Qran Prisindəki çıxışı onu çox heyran edib.

Sportlife.az xəbər verir ki, Palmer bu barədə F1 mətbuat xidmətinə danışıb.

“Lando Norris Şanxaydakı yarış zamanı əsl ulduz idi, baxmayaraq ki, "McLaren"də starta qədər çox şey gözlənilmirdi. Onların avtomobili yüksək sürətli döngələrdə çox sürətlidir, lakin yavaş hissələrdə, xüsusən də Şanxayın uzun radiuslu döngələrində o qədər də təsirli deyil. Bununla belə, Norris yarışı karyerasının ən yaxşı nəticəsi və əla sürmə ilə başa vurdu”, - deyə Palmer bildirib.

Norris Çin Qran Prisində ikinci yeri tutub. Yarışın qalibi "Red Bull" komandasının pilotu Maks Ferstappen olub. Onun komanda yoldaşı Serxio Peres üçüncü olub.


Paylaş: