FIFA və UEFA İspaniya komandalarına beynəlxalq turnirlərdən qadağa qoya bilər

  • 25 Aprel 2024, 22:09

FIFA və UEFA İspaniya komandalarının beynəlxalq turnirlərdə iştirakını qadağan edə bilər.

Sportlife.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.

Bunun İspaniya hökumətinin İspaniya Kral Futbol Federasiyasının (RFEF) işlərinə müdaxiləsi ilə əlaqədar olduğu bildirilir. Əvvəllər İspaniya RFEF-in işinə nəzarət etmək üçün xüsusi komissiya yaratmışdı.

Bildirilir ki, bu səbəbdən İspaniya millisi 2024-cü il Avropa çempionatında iştirakdan kənarlaşdırıla, İspaniya klubları isə növbəti mövsümdə avrokuboklarda oynamaya bilər.

 

Püşkatmanın nəticələrinə əsasən, İspaniya millisi Avro-2024-də B qrupuna düşüb. İspanların Xorvatiya, İtaliya və Albaniya ilə qarşılaşması planlaşdırılır.


Paylaş: