
"Real"ın Saliba israrı
"Real" yayda "Arsenal"ın futbolçusu Uilyam Salibanı transfer etməkdə israrlıdır.
Sportlife.az xəbər verir ki, Madrid klubunun prezidenti Florentino Peres 24 yaşlı fransızı müdafiəni gücləndirmək üçün prioritet hədəflərdən biri hesab edir.
Qeyd edək ki, Saliba 2019-cu ildən "Arsenal"da çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 46 oyun keçirib və 2 qolla yadda qalıb.