
AFFA "Kəpəz"in şikayətinə baxdı
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Kəpəz” klubu tərəfindən verilən apellyasiya şikayətini qismən təmin edib.
Sportlife.az xəbər verir ki, Gəncə təmsilçisinin U-19 komandasının futbolçusu Amur Yusifovla bağlı İntizam Komitəsinin qərarı dəyişdirilib.
Gənclər Liqasının “Qarabağ”la matçında rəqibi təhqir etdiyinə görə 3 oyun diskvalifikasiya edilən futbolçunun cəzası azaldılıb. Belə ki, cəzanın biri şərti olaraq dəyişdirilib, 3 ay sınaq müddəti müəyyən olunub . Apellyasiya şikayəti qalan hissədə təmin edilməyib.
Bildirilib ki, maraqlı tərəflər Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdirlər.