"Neftçi" Sumqayıtda 3 xala sevindi
Azərbaycan Premyer Liqasının XXVI turunda "Neftçi" səfərdə "Sumqayıt"a qalib gəlib.
Sportlife.az xəbər verir ki, Sumqayıt şəhər stadionunda keçirilən matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
"Ağ-qaralar"ın qollarını Freddi Varqas (36-pen), İfeanyi Metyu (65) və Vensan Abubakar (89) vurublar. Ev sahiblərinin heyətində isə Nikola Ninkoviç (53) fərqlənib.
"Neftçi" 40 xalla 5-ci, "Sumqayıt" 32 xalla 7-ci sırada yer alıb.
Qeyd edək ki, turun açılış matçında "Qəbələ" "Kəpəz"i (2:0) məğlub edib. Tura aprelin 7-də yekun vurulacaq.