
"Ayaks" sabiq baş məşqçisi ilə anlaşdı
"Ayaks"ın yeni baş məşqçisi Con Heytinqa olub.
Sportlife.az xəbər verir ki, tərəfləri bütün şərtləri razılaşdırıblar. Niderlandlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
"Liverpul" Arne Slotun köməkçisi olan Heytinqanın "Ayaks"a getməsinə razılıq verib.
Qeyd edək ki, Heytinqa daha əvvəl 2023-cü ildə "Ayaks"a rəhbərlik edib.