
İnzaqi "İnter"dən gedir?
"İnter"in baş məşqçisi Simone İnzaqi Milan klubundakı gələcəyi haqda danışıb.
Sportlife.az xəbər verir ki, italiyalı mütəxəssis hər zaman komandanın maraqlarını düşünəcəyini bildirib:
“Bu gün Çempionlar Liqasının finalıdır. Klub rəhbərliyi buradadır, lakin biz gələn həftə rahat bir atmosferdə danışacağıq".
Qeyd edək ki, "İnter" finalda PSJ ilə qarşılaşacaq.