Baş məşqçi ilə yollar ayrıldı

  • Dünən, 18:54

"Sevilya" baş məşqçisi Matias Almeyda ilə yollarını ayırıb.

Sportlife.az xəbər verir ki, argentinalı mütəxəssislə əməkdaşlığa son qoyulub.

O, ötən ilin iyulundan komandaya rəhbərlik edirdi. "Sevilya" Almeydanın rəhbərliyi altında 32 oyun keçirib, 10 qələbə, 7 heç-heçə və 15 məğlubiyyət alıb.

"Sevilya" La Liqada 31 xala malikdir və turnir cədvəlində 15-ci yerdədir.


Paylaş: