"Sabah"ın sabiq baş məşqçisi qovula bilər
“Sabah”ın sabiq baş məşqçisi Vasili Berezutski Rusiyanın “Ural” klubunda istefaya göndərilə bilər.
Sportlife.az yerli mətbuata istinadən xəbər verir ki, buna səbəb nəticələrin qeyri-stabil olmasıdır.
Dekabrın 11-də “Ural”ın baş məşqçisi təyin olunan mütəxəssisin rəhbərliyi altında komanda 4 oyun keçirib, 1 qələbə qazanıb, 1 heç-heçə edib və 2 məğlubiyyət yaşayıb. Komanda hazırda Rusiya II Liqasının turnir cədvəlində 25 turdan sonra 45 xalla 3-cü pillədə qərarlaşıb.
Yekaterinburq təmsilçisi Berezutskinin əvəzinə Aleksandr Storojuqun təyinatı variantını nəzərdən keçirir.
Qeyd edək ki, Vasili Berezutski 2024/25 mövsümündə “Sabah”ın baş məşqçisi olub və “bayquşlar”la Azərbaycan Kubokunu qazanıb.