Afrikalı futbolçu Bakıda
Nigeriyanın “Komfort Edge” klubunun futbolçusu Onyema Çukvumaobim Azərbaycana gəlib.
Sportlife.az Afrika mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı vinger “Qarabağ”ın dəvəti ilə ölkəmizə təşrif buyurub.
“Qarabağ” akademiyasının baş koordinatoru Aftandil Hacıyevin bir müddət əvvəl “Obasa Cup” turnirində kəşf etdiyi sol cinah oyunçusu bir müddət Ağdam klubunda baxışdan keçiriləcək. Çukvumaobim özünü doğrultsa, onunla müqavilə imzalanacaq.
Nigeriyalı cinah hücumçusu bəyənilsə, cari mövsümün qalan hissəsini klubun akademiyasında keçirəcək, aşağı yaş qruplarında çıxış edəcək. Yüksək performans göstərəcəyi təqdirdə isə növbəti mövsüm əsas komandaya cəlb olunacaq.