
Mourinyo La Liqa klubunda
"Vilyarreal" "Atletiko"nun müdafiəçisi Santyaqo Mourinyonu transfer edib.
Sportlife.az xəbər verir ki, 23 yaşlı uruqvaylı ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.
Transfer 10 milyon avroya başa gəlib.
Mourinyo ötən mövsüm "Alaves"in heyətində 27 oyun keçirib və 1 məhsuldar ötürmə edib.