
Zaur Axundov: "Öz işlərini yaxşı bilirlər"
"Bu, bütün komandanın uğuru idi".
Sportlife.az xəbər verir ki, bunu "Naxçıvan TV"yə açıqlamasında Naxçıvan Futbol Federasiyasının prezidenti Zaur Axundov deyib.
Funksioner "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Yunanıstan təmsilçisi "Aris"i mübarizədən kənarlaşdırmasına münasibət bildirib: "Başda məşqçilər, oyunçular və bütün heyətə təşəkkür edirik. Mən də hər naxçıvanlı kimi sevinirəm. Komandamız ilk dəfə avrokuboklara vəsiqə qazanıb və debütdə qalibiyyət əldə etdi".
Axundov heyətin 60-70 faizinin dəyişdiyini xatırladıb: "Çox peşəkar oyunçular dəvət olunub. Motivasiya öz yerində. Öz işlərini yaxşı bilirlər. Bundan da böyük azarkeş kütləsi qarşısında çıxış ediblər. Öz peşəkarlıqlarını Yunanıstanda bir daha göstərdilər. 25 min azarkeşin qarşısında futbol oynadılar".
Qeyd edək ki, Bakıdac "Aris"i 2:1 hesabı ilə üstələyən "Araz-Naxçıvan" səfərdə rəqibi ilə bərabərə qalıb - 2:2.