
"Turan Tovuz"a gələn forvardla bağlı paylaşım
“Sent-Etyen” klubu sosial şəbəkə hesabında İbrahima Vadji ilə yollarını ayırdıqlarını açıqlayıb.
Sportlife.az xəbər verir ki, Fransa klubu “Turan Tovuz”a keçən futbolçu haqda bunları yazıb:
“Emosiyalar üçün sonsuza qədər təşəkkür edirik, Vadji. Qoy, sənin yolun layiq olduğun kimi gözəl olsun”.
“Turan Tovuz” 30 yaşlı seneqallı forvardla 1+1 illik müqavilə imzalayıb. “Qarabağ”ın sabiq futbolçusu karyerası ərzində Türkiyədə “Qaziantep BB”, Norveçdə “Molde” və “Hauqesund”un formasını geyinib.