MS 5 ildir "Çelsi"yə uduzmur
"Mançester Siti" 2020/21 mövsümündə UEFA Çempionlar Liqasının finalından bəri "Çelsi"yə məğlub olmayıb.
Sportlife.az xəbər verir ki, "şəhərlilər" son olaraq ötən gün Premyer Liqada London klubuna 3:0 hesabı ilə qalib gəlib.
Hazırda "mavilər" Premyer Liqanın turnir cədvəlində 48 xalla altıncı yerdədir. 64 xalı olan Mançester təmsilçisi isə ikinci yerdədir
Premyer Liqanın 33-cü turunda "Çelsi" "Mançester Yunayted"lə (18 aprel), "Mançester Siti" isə "Arsenal"la (19 aprel) qarşılaşacaq.