Terri klub alır
"Çelsi" və İngiltərə millisinin keçmiş kapitanı Con Terri II Liqa klubu "Kolçester Yunayted"i almaq barədə düşünür.
Sportlife.az xəbər verir ki, tərəflər arasında 14 milyon funt sterlinq dəyərində müqavilə bağlanmaq üzrədir.
"Kolçester" ötən ilin sentyabr ayında satışa çıxarılıb. Daha əvvəl klubun sahibi və sədri Robbi Koulinq rəhbərliyi yeni nəsil menecerlərə təhvil verməyə sadiq olduğunu bildirmişdi.
"Kolçester" şənbə günü "Svindon" üzərində 3:0 hesablı qələbə qazandıqdan sonra liqada 13-cü yerdədir.