Noyer hamını qabaqladı
"Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Sportlife.az xəbər verir ki, o, "Real"a qarşı 1/4 finalın ilk oyununda (2:1) doqquz seyv edib.
Mükafata "Arsenal"ın qapıçısı David Raya, PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya və "Atletiko"nun forvardı Xulian Alvares də namizəd idi.
Çempionlar Liqasında yarımfinalın cavab oyunları 14 və 15 apreldə keçiriləcək.