Superkubokun qalibi bəlli oldu

  • Dünən, 13:52

Portuqaliya Superkubokunun qalibi bəlli olub.

Sportlife.az xəbər verir ki, "Sportinq"ə minimal hesabla qalib gələn "Benfika" titula sahib çıxıb.

Yeganə qolu 50-ci dəqiqədə “qartallar”ın hücumçusu Vangelis Pavlidis vurub.

“Benfika” bu nəticə ilə 10-cu dəfə Portuqaliya Superkubokunun qalibi olub və bu göstəricidə "Sportinq”i qabaqlayıb.

Ölkə Superkubokunda qələbə sayına görə isə mütləq lider “Portu”dur - 24 dəfə.


Paylaş: