Toni Kroos Ançelottinin onları aldatdığını bildirib
"Real Madrid"in yarımmüdafiəçisi Toni Kroos baş məşqçi Karlo Ançelottinin komandanı necə motivasiya etdiyini açıqlayıb.
Sportlife.az xəbər verir ki, futbolçu COPE-yə açıqlamasında "Malyorka" ilə son oyundan əvvəl Ançelotti bizə dedi: "Qələbə qazansaq, çempion olacağıq." Matçdan sonra o, bizə yalan danışdığını deyib: “Sizi aldatdım, gələn həftə qalib gəlsək, o zaman hər şey bitəcək” deyib.
Hazırda İspaniya çempionatının turnir cədvəlində “Real” birinci yerdədir, “Barselona” isə 9 xal geridədir.