
Ukraynalı futbolçu ilə 6 illik müqavilə
Yarımmüdafiəçi Yeqor Yarmolyuk və "Brentford" klubu müqavilənin müddətini uzadıb.
Sportlife.az xəbər verir ki, yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq və daha 12 ay uzadılması mümkündür.
21 yaşlı ukraynalı futbolçu "Dnepr"in yetirməsidir və 2023-cü ilin yayından "Brentford" da çıxış edir.